Türkiyənin “Üsyankar xalq-azadlıq partiyası”nın iki yaraqlısını saxlayan xüsusi xidmət orqanları onların evlərində terror aktları silsiləsini hazırladıqları ilə bağlı sübutlar aşkar edib.
Oxu.Az Türkiyə mediasına istinadla xəbər verir ki, ehtimal olunan terrorçuların şəxsi əşyalarında millət vəkilləri, milli kəşfiyyat xidmətinin, polis əməkdaşlarına, iri sənayeçilər, biznesmenlər, həmçinin ABŞ vətəndaşlarına qarşı sui-qəsdlər hazırlanması ilə bağlı planlarını sübut edən sənədlər aşkar ediblər.
Ekstremistlər polis məntəqələrini partlatmağı da planlaşdırırdı. Bununla yanaşı, yaraqlılar Amerika gəmiləri və iri biznesmenlərin yaxtalarına qarşı təxribatları hazırlamaq üçün dayvinqlə məşğul olurdular. Sui-qəsdlər üçün həmçinin zəhərdən də istifadə etmək planlaşdırılırdı.
www.oxu.az