Bu gecə Bakıda iki müxtəlif ailədə bıçaqlanma hadisəsi qeydə alınıb.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, belə hadisələrdən biri Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.
Paytaxt sakini Yusif Cəfərov və onun həyat yoldaşı Ofelya İlyasova ağır bıçaq xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına gətiriliblər.
Hər iki şəxs ağır yaralı olduğundan dərhal əməliyyat olunublar.
İlkin mәlumata görә, bıçaqlanan şәxslәrin kürәkәni günorta onlara gәlib vә aralarında mübahisә olub. Lakin hadisәnin motivi hәlәlik mәlum deyil.
Faktla bağlı 15-ci polis bölməsində əməliyyat qrupu yaradılıb. Ər-arvadı bıçaqlayan şəxsin axtarışı davam etdirilir.
Suraxanıda isə ər əvvəlcə arvadını bıçaqlayıb, daha sonra da özünə xəsarət yetirib.
Hadisə rayonun Tağıyev küçəsində qeydə alınıb.
31 yaşlı Məhəmməd Əliyev yaşadığı evdə həyat yoldaşı 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib.
Ailə daxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib.
Həyat yoldaşını al-qan içində görə Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət endirib.
Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər xəstəxanasına çatdırıblar.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.