Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında kuboku başı üzərinə qaldırmağa iddialı səkkiz komanda ilk duelə çıxıb.
Günün ən məhsuldar oyunu Lissabonda baş tutub. Portuqaliya təmsilçisi “Benfika” Almaniyanın “Ayntraxt” klubunu sınağa çəkib. Juau Feliksin het-triki ilə əlamətdar olan matçda meydan sahibləri rəqibini məğlub ediblər – 4:2.
Qeyd edək ki, cavab oyunları aprelin 18-də baş tutacaq.