UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.
Ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutub.
Türkiyə təmsilçilərindən “Trabzonspor” Fransa “Monako”sunu qəbul edib. Qonaqların avtoqolu ilə başlayan matç onların darmadağını ilə yekunlaşıb - 4:0.
“Mançester Yunayted” “Old Trafford”da Kiprin “Omoniya” kollektivilə üz-üzə gəlib. “Qırmızı şeytanlar” 90 dəqiqə ərzində yaranan çoxsaylı qol epizodlarından istifadə edə bilməyərək yalnız matça əlavə olunmuş dəqiqələrdə fərqlənməklə qalib gəliblər - 1:0.
Eyni qrupda lider olan “Real Sosyedad” Moldova “Şerif”ini yenərək növbəti raunda vəsiqəni təmin edib - 3:0.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
13 oktyabr
A qrupu
PSV (Niderland) – “Sürix”" (İsveçrə) 5:0
C qrupu
“Lüdoqorets” (Bolqarıstan) - HİK (Finlandiya) 2:0
D qrupu
23:00. “Yunion” (Berlin, Almaniya) – “Malmö” (İsveç) 1:0
E qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Omoniya” (Kipr) 1:0