Avropa Liqasında finalçıların adları məlum olub.
Oxu.Az xəbər verir ki, Zalsburqda keçirilən matçda “Red Bul Zalsburq” Fransanın “Marsel” klubu ilə üz-üzə gəlib. Oyunda hesabı “Red Bul” açıb. Aydarra 53-cü dəqiqədə cərimə meydançasında Peleni aldadaraq topu qapıdan keçirib. 63-cü dəqiqədə Sarr avtoqola imza atıb.
Oyunun əsas vaxtı “Red Bul Zalsburq” 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ümumi nəticələr bərabərləşdiyinə görə matç əlavə vaxta uzanıb. 116-cı dəqiqədə Rollandu baxımlı qol vuraraq “Marsel”in finala “biletini” təmin edib.
Qeyd edək ki, yarım saat əvvəl başa çatmış paralel matçda “Atletiko” “Arsenal” üzərində 1:0 hesabı ilə qələbə qazanıb.
Mayın 16-da Fransanın Lion şəhərində keçiriləcək finalda “Marsel” “Atletiko” ilə qarşılaşacaq.
F.M.
www.oxu.az