Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avropa Oyunları: Azərbaycan atıcılıq yığması finala yüksələ bilmədi - YENİLƏNİB
Atıcılıq üzrə Azərbaycanın yığması Polşada keçirilən III Avropa Oyunlarında final mərhələsinə yüksələ bilməyib.
Oxu.Az xəbər verir ki, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada 28 komanda arasında 17-ci olub.
Üç cəhdin cəmində 572 xal toplayan təmsilçilərimiz mübarizəni dayandırıblar. İlk dörd yerin sahibi final mərhələsinə yüksəlib.
12:09
Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında medalı təmin edib.
Oxu.Az xəbər verir ki, 68 kq çəki dərəcəsində əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyən dünya və Avropa çempionu ikinci görüşdə erməni Anita Makyandan güclü olub.
Yarımfinala yüksələn 27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin edib. O, qrupda son görüşünü ispaniyalı İzabel Nyetoya qarşı keçirəcək.
Qeyd edək ki, yarışın yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 18:10-da start götürəcək.
09:24
Polşada təşkil olunan III Avropa Oyunları davam edir.
Oxu.Az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan idmançıları 5 növdə mübarizə aparacaqlar.
Karate və taekvondoda 4, boksda 2, kamandan oxatmada 1 idmançı çıxış edəcək, atıcılıqda Azərbaycan yığması komanda yarışında qüvvəsini sınayacaq.
Kamandan oxatma
10:45. Qadınlar: Yaylagül Ramazanova (fərdi)
Karate
11:00. Qadınlar: İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq)
Kişilər: Fərid Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq)
Taekvondo
11:00. Qadınlar: Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq)
Kişilər: Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq)
Atıcılıq
11:45. Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)
Boks
15:00. Kişilər: Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq)
Rəylər