Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında 13-cü yeri tutub.
“Report”un məlumatına görə, yığma sablya növü üzrə bu yer uğrunda görüşdə İrlandiyaya qalib gəlib.
Saleh Məmmədov, Murad Əkbərov, Ayxan Xasiyev və Maqsud Hüseynlidən ibarət komanda rəqibini 45:30 hesabı ilə məğlub edib.
16:18
Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, yığma sablya növü üzrə 13-16-cı yerlər uğrunda görüşdə Yunanıstan seçməsi ilə qarşılaşıb.
Saleh Məmmədov, Murad Əkbərov, Ayxan Xasiyev və Maqsud Hüseynlidən ibarət komanda gərgin keçən oyunda 45:43 hesablı qələbə qazanıb.
Yığma 13-cü yer uğrunda matça vəsiqə əldə edib.
15:02
Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, yığma sablya növü üzrə 9-16-cı yerlər uğrunda görüşdə Türkiyə seçməsi ilə qarşılaşıb.
Saleh Məmmədov, Murad Əkbərov və Ayxan Xasiyevdən ibarət komanda rəqibinə 31:45 hesabı ilə məğlub olub. Sablyaçılar 13-16-cı yerlər uğrunda yarışacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda bu gün Macarıstana 25:45 hesabı ilə uduzub.