Avropa Oyunları – 2015-də iştirak üçün ərizələr may ayının 4-dən gec olmayaraq göndərilməlidir.
Oxu.Az xəbər verir ki, bu barədə Gənclər və İdman naziri Azad Rəhimov bildirib.
“Aprelin sonuna qədər ölkələr ilkin sifarişlər göndərəcəklər, mayın 4-dən gec olmayaraq isə son sifarişlər göndəriləcək. Beləliklə də Avropa Oyunlarının iştirakçılarının – bütün idmançıların adları məlum olacaq”, - nazir bəyan edib.
F.H.
www.oxu.az