Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Avropa Oyunlarının qalibi hərbçilərin Dünya Oyunlarında iştirak edəcək
Çinin Uxan şəhərində hərbçilərin VII Dünya Oyunları start götürüb.
Oxu.Az xəbər verir ki, 109 ölkədən 9300 hərbçinin 27 növdə mübarizə aparacağı Oyunların proqramında güləş də yer alıb.
Oktyabrın 21-dən 24-dək güləşin hər növündə dörd olimpiya çəkisi üzrə mübarizə baş tutacaq. Nəhəng yarışda ölkəmizi sərbəst güləşdə II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanovla (-57 kq) hərbçilər arasında dünya çempionatının qalibi Ağahüseyn Mustafayev (-74 kq), yunan-Roma güləşində Murad Bazarov (-60 kq), Mikayıl Rəhmanov (-67 kq), dünya və Avropa çempionu Həsən Əliyev (-77 kq), son dünya çempionatının gümüş medalçısı Rafiq Hüseynov (-87 kq), qadın güləşində isə Tatyana Varansova (-53 kq) təmsil edəcək.
Onlar yığmalarımızın məşqçiləri Nazim Əlicanov və Taleh İsrafilovun rəhbərliyi altında yarışacaq.
Qeyd edək ki, Beynəlxalq Hərbi İdman Şurası tərəfindən keçirilən Dünya Oyunlarının dünən açılış mərasimi baş tutub. Oktyabrın 16-dan futbol və voleybol yarışları ilə başlamış Dünya Oyunları oktyabrın 27-də başa çatacaq.
Səbuhi Musayev
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Rəylər