Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Avropa Qran Prisi rəsmi 2016 Formula 1 təqvimində
3 dekabr 2015-cil il tarixində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Parisdə yerləşən baş qərargahında Ümumdünya Motor-idman Şurasının iclası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, iclasda Ümumdünya Motor-idman Şurası Formula 1-ə aid idman əməliyyatlarının aparılması qaydalarında bir neçə vacib dəyişiklər edib.
Belə ki, Formula 1 mövsümünün gedişində ilk dəfə olaraq iştirakçı ölkələrin maksimal sayı 20-dən 21-ə artırılıb.
Ənənəvi Formula 1 təqviminə edilən bu əlavə bilavasitə ölkəmizin gələn il iyun ayının 19-da Formula 1 Avropa Qran Prisinə ev sahibi kimi debut etməsi ilə əlaqəlidir.
Bakı Şəhər Halqası 21 ölkə arasında sıra etibarilə səkkinizinci mərhələ olmaqla, 2016-cı il mövsümünün təqvimi aşağıdakı şəkildə təsdiq olunub:
20 mart - Avstraliya Qran Prisi (Albert Park)
03 aprel - Bəhreyn Qran Prisi (Saxir)
17 aprel - Çin Qran Prisi (Şanxay)
01 may - Rusiya Qran Prisi (Soçi)
15 may - İspaniya Qran Prisi (Barselona)
29 may - Monako Qran Prisi (Monte Karlo)
12 iyun - Kanada Qran Prisi (Monreal)
19 iyun - Avropa Qran Prisi (Bakı)*
03 iyul - Avstriya Qran Prisi (Osterrayxrinq)
10 iyul - Böyük Britaniya Qran Prisi (Silverstoun)
24 iyul - Macarıstan Qran Prisi (Hunqarorinq)
31 iyul - Almaniya Qran Prisi (Hokkenhaym)
28 avqust - Belçika Qran Prisi (Spa Frakorşamps)
04 sentyabr - İtaliya Qran Prisi (Montsa)
18 sentyabr - Sinqapur Qran Prisi (Marina Bey)
02 oktyabr - Malayziya Qran Prisi (Sepanq)
09 oktyabr - Yaponiya Qran Prisi (Suzuka)
23 oktyabr - ABŞ Qran Prisi (Ostin)**
06 noyabr - Meksika Qran Prisi (Mexiko)
13 noyabr - Braziliya Qran Prisi (San Paulu)
27 noyabr - Əbu Dabi Qran Prisi (Yas Marin)
E.Ə.
www.oxu.az
Rəylər