Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 10 qarşılaşma keçiriləcək.
Oxu.Az xəbər verir ki, A Liqasının II qrupunda Almaniya Niderlandla, Yunanıstan isə Serbiya ilə üz-üzə gələcək.
B Liqasının I qrupunda Şimali Makedoniya Sloveniya ilə, İsveçrə isə Şotlandiya ilə qarşılaşacaq.
C Liqasının III qrupunda Farer adaları Moldova ilə, Qazaxıstan isə Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək. IV qrupda Estoniya Bolqarıstanı, İslandiya isə Lüksemburqu qəbul edəcək.
D Liqasının I qrupunda Cəbəllüttariq Malta ilə, II qrupunda isə Litva Lixtenşteynlə qarşılaşacaq.
UEFA Millətlər Liqası
A Liqası, II qrup
23:45. Almaniya - Niderland;
23:45. Yunanıstan - Serbiya.
B Liqası, I qrup
23:45. Şimali Makedoniya - Sloveniya;
23:45. İsveçrə - Şotlandiya.
C Liqası, III qrup
19:00. Farer adaları - Moldova;
19:00. Qazaxıstan - Slovakiya.
IV qrup
21:00. Estoniya - Bolqarıstan;
21:00. İslandiya - Lüksemburq.
D Liqası, I qrup
23:45. Cəbəllüttariq - Malta.
II qrup
21:00. Litva - Lixtenşteyn.