Avropanın bir sıra futbol çempionatlarında maraqlı oyunlar baş tutub.
Oxu.Az xəbər verir ki, Almaniya, İngiltərə və İspaniya birinciliklərində günün maraqla gözlənilən qarşılaşmalarının taleyini bir qol həll edib.
Belə ki, “Bavariya” səfərdə “Ayntraxt”dan üstün olub. Yeganə qolu qarşılaşmanın 71-ci dəqiqəsində Leroy Sane vurub.