İtaliyanın “Yuventus” klubunun hücumçusu Mario Mancukiçini Çempionlar Liqasının finalında “Real”a vurduğu qol Avropada 2016/17 mövsümünün ən yaxşı qolu seçilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa Futbol Assosiasiyalarının İttifaqının (UEFA) rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Xorvatiyalı futbolçunun qolu azarkeşlər arasında keçirilən sorğuda 26 faiz səs toplayıb.
İkinci yerə 25 faiz səslə “Fənərbaxça”nın oyunçusu Mussa Sounun “Mançester Yunayted”lə oyununda vurduğu qol, üçüncü isə “Real”ın yarımmüdafiəçisi Kasemironun “Napoli”nin qapısından keçirdiyi qol (20 faiz) layiq görülüb.
S.B.
www.oxu.az