UEFA İcraiyyə Komitəsi 2020/2021 mövsümündə avrokuboklarda iştirak edəcək oyunçuların qeydiyyatı üçün son tarixi açıqlayıb.
Oxu.Az qurumun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, növbəti mövsüm avrokubokların qrup mərhələləri üçün sifariş ərizəsinin qəbulu üçün son tarix - 6 oktyabr təyin edilib.
Qurum bütün milli assosiasiyaları yay transfer dönəmini oktyabrın 5-də başa çatdırmağa çağırıb.
🔄 2020/21 deadline for UEFA club competitions player registration – 6 October 2020.
— UEFA (@UEFA) June 18, 2020
As a result, the #UEFAExCo called on all member associations to adopt a harmonised end date to the upcoming summer transfer window, with this date set as 5 October 2020. pic.twitter.com/Q8lwtDygw8
Qeyd edək ki, növbəti avrokubok mövsümünə avqustun 8-də UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları ilə start veriləcək.