Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
Bu gün Avropanın yaşıl meydanları bir sıra maraqlı futbol tamaşalarına ev sahibliyi edəcək.
Oxu.Az xəbər verir ki, Türkiyə Super Liqasında "Qaziantep" "Eyüpspor"la, "Konyaspor" "Trabzonspor"la Bakı vaxtı ilə saat 17:00-da, "Başakşəhər" "Sivasspor"la, "Göztəpə" isə "Samsunspor"la saat 21:30-da üz-üzə gələcək.
İtaliya A Seriyasında "Yuventus" "Verona"nı Bakı vaxtı ilə saat 23:45-də qəbul edəcək.
İspaniya La Liqasında isə "Vilyarreal" "Espanyol"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə gecə yarısı saat 00:00-da start götürəcək.
3 mart
Türkiyə Super Liqası
Saat 17:00, "Qaziantep" - "Eyüpspor";
Saat 17:00, "Konyaspor" - "Trabzonspor";
Saat 21:30, "Başakşəhər" - "Sivasspor";
Saat 21:30, "Göztəpə" - "Samsunspor".
İtaliya A Seriyası
Saat 23:45, "Yuventus" - "Verona".
İspaniya La Liqası
Saat 00:00, "Vilyarreal" - "Espanyol".