Avstriya millisi Şimali Makedoniyaya 3:1 hesabı ilə qalib gəlməklə tarixində ilk dəfə Avropa çempionatlarında ilk qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, bu həm də avstriyalıların 1990-cı ildən bəri çıxış etdikləri mötəbər turnirlərdə ilk qələbəsi sayılır. Bu komanda sonuncu dəfə qələbəsini 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatında qazanmışdı. Komanda həmin vaxt Florensiya şəhərində qrupun son görüşündə ABŞ millisini 2:1 məğlub etmişdi.
Bu matç həm də hələ ki AVRO-2020-nin ən çox qol vurulan oyunu ünvanına sahib çıxıb.
20:01
Avstriya – Şimali Makedoniya oyunu start götürdü.
19:18
Bu gün AVRO-2020 çərçivəsində C qrupunun ilk matçı keçiriləcək.
Oxu.Az xəbər verir ki, qrupun ilk matçında Avstriya debütant Şimali Makedoniyanı qəbul edəcək.
Buxarestin Milli Arenasında keçiriləcək görüşdə komandalar bu start heyətlə meydana çıxacaq:
Avstriya (4-4-1-1): Baxman, Layner, Draqoviç, Hintereqer, Ulmer, Baumqartner, Laymer, Ksaver Şlaqer, Alaba (kapitan), Zabitser, Kalayciç
Şimali Makedoniya (5-3-2): Dimitrevski, Alioski, Musliu, Darko Velkovski, Stefan Ristovski, Nikolov, Elmas, Ademi, Bardi, Traykovski, Pandev (kapitan)
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Səbuhi Musayev