ABŞ-ın Fort-Uert şəhərində keçirilən NASCAR Sprint Cup yarışı kütləvi dava ilə sonlanıb.
Oxu.Az xəbər verir ki, Ceff Qordonun və Bred Keselovskinin komandaları polemikaya başlayıblar.
Qordon rəqibinin avtomobil sürməyindən narazı qalıb, onu itələyib. Səs-küy artıb, qalmaqala komandaların digər üzvləri, eləcə də pilotlar da qarışıb.
E.Ə.
www.oxu.az