Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Ayaks"a məğlub olan "Qarabağ" UEFA reytinqində geriləyib
Çempionlar Liqası və Avropa Liqasında III, Konfrans Liqasında II turun oyunları klubların reytinqində bəzi dəyişikliklərə səbəb olub.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da mövqeyi dəyişib. Evdə "Ayaks"a 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası bir pillə geriləyərək "Ferentsvaroş"la birlikdə 58-ci sırada qərarlaşıb.
Hər iki komandanın hesabında 32,000 xal var.
Təmsilçimizi "Bodo Qlimt" qabaqlayıb. Avropa Liqasının növbəti turunda "Qarabağ"ı qəbul edəcək Norveç klubu 33,000 xala malikdir.
Qeyd edək ki, "Qarabağ" "Top-100"də yeganə Azərbaycan klubudur.
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- "Qarabağ"ın yeddiilik seriyası qırılıb
- "Zirə" möhtəşəm geridönüşlə "Qarabağ"ı məğlub etdi
- UEFA reytinqi: "Qarabağ" bir pillə geriləyib
- Qurban Qurbanov: "Pley-off şansımız qalmasa da, "Olimpiakos"la oyuna ciddi yanaşırıq"
- UEFA Avropa Liqasında sonuncu oyun üçün Yunanıstana yollanacaq "Qarabağ"ın səfər proqramı bəlli olub
Ən çox oxunanlar
Rəylər