Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Aygün Kazımova finaldan öncə çıxış edəcək
Azərbaycanın Xalq artisti Aygün Kazımova kubokun final görüşündə konsert proqramı ilə çıxış edəcək.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat Xidməti Oxu.Az-a məlumat verib.
“Zirə” və “Qarabağ” klubları arasında keçiriləcək final görüşündən öncə Xalq artisti Aygün Kazımova konsert proqramı ilə azarkeşləri salamlayacaq.
PFL-in rəsmiləri Azərbaycan Kubokunun final görüşünün rəngarəng alınması üçün çalışdıqlarını bildiriblər.
Qeyd edək ki, “Zirə” - “Qarabağ” matçı iyunun 2-də baş tutacaq.
Anar Həsənov
"Futbol" teqi üzrə xəbərlər
- Türkiyə Superliqası: "Qalatasaray" - "Fənərbağça" derbisi qolsuz bitdi
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
- İngiltərə Premyer Liqası: "Liverpul" "Aston Villa" ilə bacarmadı
- Çempionlar Liqası: Dortmund "Borussiya"sı 1/8 finalda
- La Liqa: "Barselona" liderliyə yüksəldi
Ən çox oxunanlar