Gənclər və İdman naziri Azad Rəhimov Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” – “Dnepr” matçını (1:2) Braziliyanın idman naziri Aldo Rebelo ilə birgə izləyib.
Oxu.Az xəbər verir ki, Sportpress.az-ın məlumatına görə, görüşdən sonra 2 ölkə nazirləri “Qarabağ”ın paltardəyişmə otağına üz tutublar.
Azad Rəhimov “Qarabağ”ın yaxşı oynadığını, komandanın sona kimi meydanda layiqli mübarizə apardığını qeyd edib.
Sonda nazir komandaya Avroliqadakı növbəti 2 oyunda uğurlar arzulayıb.
E.Ə.
www.oxu.az