UEFA Avropa liqasinin qrup mərhələsinin növbəti oyunu zamanı Bakıda keçirilən “Qarabağ” – “Dnepr” oyunu zamanı bədbəxt hadisə qeydə alınıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb.
Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb.
Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan aldığımız məlumata görə, hadisə vaxtı xəsarət alan Sabir Mirzəyev müayinə olunur.
Hələlik onun aldığı xəsarətlərin dərəcəsi müəyyən edilməyib.