Braziliyanın “Korintians” futbol klubu sevimli oyunçularının məzarları yanında dəfn olunmaq istəyən azarkeşlər üçün qəbiristanlıq açır. 25 milyona yaxın azarkeşi olan “Korintians” ölkənin ən populyar futbol klubudur.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, San-Paulu şəhərinin kənarında yerləşən “Əbədi Korintians” adlı qəbiristanlıq 70 min qəbir yeri üçün hesablanıb. Bu nekropolda klubun əfsanəvi oyunçuları da son mənzilini tapacaqlar.
Təşkilatçı kompaniyanın icraçı direktoru Rikardo Polito qəbiristanlıqda konfrans zalı, restoran, göl, park və özəl qoruğun olacağını bildirir. Qəbir yerlərinin qiyməti futbol ulduzunun məzarına yaxınlığına görə 1870 dollardan 3240 dollara qədər dəyişəcək. klubun administrasiyası, həmçinin vəfat etmiş bəzi futbolçuların qəbirlərini yeni qəbiristanlığa köçürməyi planlaşdırır.
“Korintians”dan başqa, “Boka Juniors” və Cənubi Amerikanın daha bir neçə klubu da eksklüziv qəbiristanlıqlara malikdir.