Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Meksikanın Qvadalaxara şəhərində keçiriləcək gənclər arasında dünya birinciliyində iştirak edəcək.
Bu barədə Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
Bildirilib ki, gənc atlet 109 kq çəki dərəcəsində mübarizə aparacaq.
Noyabrın 15-23-də təşkil olunacaq mötəbər yarışda 70-ə yaxın ölkədən 310 (171 kişi, 139 qadın) atlet iştirak edəcək.