Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar.
Oxu.Az xəbər verir ki, 12-14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda iştirak edən avarçəkənlərimiz uğurla çıxış ediblər.
Ölkəmizi təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə iki nəfərlik qayıqda üçüncü yeri tutublar.
Ziya-Nurlan cütlüyü 2 000 metr məsafədə finiş xəttini üçüncü keçərək bürünc medala sahib olublar.
Qaynar xətt:
(055) 224 12 12