Azərbaycanlı taekvandoçy Radik İsayev Avria Oyunlarının qızıl medalanı qazanıb.
Oxu.Az xəbər verir ki, ilkin mərhələdən azad olan yığmamızın lideri Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) sınağa çəkib. Görüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. O, 8:6 hesabı ilə qalib gələrək, 1/2 finala vəsiqə qazanıb. İsayev ikinci görüşündə sloveniyalı İvan Traykoviçlə üz-üzə gəlib. Təmsilçimiz bu rəqibini də çempionluq mübarizəsindən kənarlaşdırmaqda çətinlik çəkməyib. Radik ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən (17:2) döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb.
Finalda rusiyalı Vladislav Larinlə qarşılaşan təmsilçimiz rəqibindən güclü olub - 4:3 və Azərbaycan üçün 13-cü qızıl medalı qazanıb. Millimizn hesabında həmçinin 5 gümüş və 12 bürünc medal var.