Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan badmintonçusu Bakıdakı turnirdə 1/8 finala yüksəlib - FOTO
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçirilən “Azerbaijan International 2024” turnirində 1/8 finala yüksəlib.
Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, o, yarışın əsas mərhələsində keçirdiyi ilk görüşdə Finlandiya təmsilçisi Yoakim Oldorffa 2:1 (21:15, 21:23, 22:20) hesabı ilə qalib gəlib.
Badmintonçu 1/8 finalda hindistanlı Qovind Krişna ilə qarşılaşacaq.
Digər badmintonçumuz Diki Pangestu isə Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi Pablo Abiana 1/16 finalda 0:2 (23:25,15:21) hesabı ilə uduzub.
Daha çox şəkil burada: PhotoStock.az
"Finlandiya" teqi üzrə xəbərlər
- Finlandiya prezidenti Tramp və Zelenskiyə danışıqlardan əvvəl saunaya getməyi tövsiyə etdi
- ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaz regionuna səfər etməyi planlaşdırır
- Finlandiya XİN: "ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq"
- Baltik dənizində növbəti sualtı kabel zədələnib
- Finlandiya parlamentində narkotik izləri tapıldı
Ən çox oxunanlar