"Növbəti mövsüm komanda sayı artırılaraq 12-yə çatacaq. İstərdik ki, bölgə komandaları da olsun. Bununla bağlı iyun ayının 5-i federasiyada görüş olacaq. Limit, komanda sayı dəqiqləşəcək".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Anar Rza jurnalistlərə açıqlamasında bildirib:
"Bunların hansı kollektivlər olacağı hələlik bəlli deyil. Legioner limiti ya "3+2", ya da "4+1" olacaq. Klub sayı artsa, birinci liqa da yaradıla bilər. Komanda sayı artırılsa, keyfiyyətə təsir edə bilər. Hələ bununla bağlı dəqiq qərar verilməyib. Həm də bizdə basketbolçu qıtlığı var. Bununla bağlı müzakirə aparacağıq".
Anar Həsənov