Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın heyətində 54 kq çəki dərəcəsində Ömər Aslanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda ukraynalı Maksim Çekinlə üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.
Qeyd edək ki, bununla da millimiz Avropa birinciliyini iki qızıl medalla başa vurub. Komandamızın heyətində daha öncə 48 kq-da Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna sahib olub.
19:12
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb.
Azərbaycan Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 48 kiloqram çəkidə mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.
O, finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər üç raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycanın Dövlət Himnini səsləndirib.
Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında Ömər Aslanlı (54 kiloqram) Maksim Çekinlə (Ukrayna) üz-üzə gələcək.
Rəylər