Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunu bürünc medalla başa vurub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
S.Mamedov yarımfinalda yerli idmançı Sanjar Taşkenbaya uduzub.