Azərbaycan boksçusu Alfonso Dominqes Olimpiya Oyunlarının 1/4 finalına yüksəlib.
Oxu.Az xəbər verir ki, A.Dominqes (81 kq) yarışların 1/8 final mərhələsində dünya çempionatının gümüş mükafatçısı Dilşad Ruzmetova (Özbəkistan) 4:1 qalib gəlib.
O, 1/4 finalda Bayram Malkanla (Türkiyə) qarşılaşacaq.
Qeyd edək ki, Kuba əsilli boksçu 2019-cu ildə Minskdə II Avropa Oyunlarının qalibi olub.