Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan yığması turniri dörd qızıl, beş gümüş və yeddi bürünc medalla başa vurub.
Bununla da milli komanda yarışda medal əyarına görə ümumi hesabda birinci, qızlar və oğlanlar arasında isə ikinci yeri tutub.
Turnirin ilk günündə cüdoçularımız dörd qızıl, iki gümüş və altı bürünc medal qazanıblar.
İkinci gündə isə oğlanlar arasında 81 kiloqram çəkidə Mehdi Abbasov və +90 kiloqramda Sübhan Axundov gümüş medal əldə edib. Qızlar arasında isə 57 kiloqramda Aytən Verdiyeva gümüş, Nilgün Rzayeva bürünc mükafatın sahibi olub.
Qeyd edək ki, Azərbaycan Avropa Kubokunda 57 idmançı ilə təmsil olunub.
Rəylər