Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
OPEC+ ölkələri neft hasilatının könüllü azaldılmasını iyunun sonuna qədər uzadacaq
Birinci rübdə könüllü olaraq neft hasilatını azaldan OPEC+ ölkələri ikinci rüb üçün məhdudiyyətləri uzatmaq qərarına gəliblər.
Beləliklə, gündəlik 1,7 milyon barel olaraq təxmin edilən əlavə azalma iyunun sonuna qədər qüvvədə qalacaq. Daha 0,5 milyon barel isə Rusiyadan dünya bazarlarına neft ixracının azalmasıdır.
Bir sıra OPEC+ ölkələri 2024-cü ilin sonuna kimi könüllü olaraq hasilatı gündə 1,66 milyon barel azaldır: bunun 500 min barelinin sazişin liderləri olan Rusiya və Səudiyyə Ərəbistanının payına düşür. Ümumilikdə könüllü azalmada Qazaxıstan (78 min b/g), Oman (40 min b/g), BƏƏ (144 min b/g), Küveyt (128 min b/g), İraq ( 211 min b/gün) və Əlcəzair (48 min b/g) iştirak ediblər.
Qeyd olunur ki, həmin ölkələr 2024-cü ilin birinci rübündə hasilatı daha 2,2 milyon barel azaldacaq.
Mənbə: Bloomberg
Rəylər