Əlcəzairi bürüyən meşə yanğınları nəticəsində 12 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "El Ghad El Djazairi" qəzeti rəsmi məlumatlara istinadən informasiya yayıb.
Məlumata görə, 50-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlərə müvafiq yardım göstərilir. Xəbərdə bildirilir ki, avqustun 26-da Əlcəzairdə 37 yanğın ocağı qeydə alınıb.
Qaynar xətt:
(055) 224 12 12