İyunun 6-dan 13-dək Budapeştdə cüdo üzrə dünya çempionatı keçiriləcək.
Oxu.Az xəbər verir ki, Olimpiadaya lisenziya xarakterli çempionatda Azərbaycanı 12 cüdoçu təmsil edəcək.
Kişilərin yarışında Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi -60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (hər ikisi -73 kq), Murad Fətiyev, Zelim Tksayev (hər ikisi -81 kq) və Elmar Qasımov (-100 kq) mübarizə aparacaq.
Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq) və Gültac Məmmədəliyeva (-52 kq) təmsil edəcək.