Qırğızıstanı təmsil edən Azərbaycan əsilli MMA idmançısı Rafael Fiziyev UFC-də növbəti döyüşünü keçirib.
Oxu.Az-ın xəbərinə görə, Fiziyev UFC-265 turniri çərçivəsində “Kinq” (“Kral”) ləqəbli Bobi Qrinlə qarşılaşıb və hakimlərin yekdil rəyi əsasında qalib gəlib.
Bu görüş UFC təşkilatçıları tərəfindən həmin turnirin döyüşü seçilib.
Qeyd edək ki, görüş ABŞ-ın Hyuston şəhərində baş tutub və idmançının 2019-cu ildən çıxış etdiyi UFC-də beşinci döyüşü olub. Daha əvvəl Rafael bu turnirdə ilk görüşünü uduzsa da, sonrakı üç döyüşdə qalib gəlib.
Xatırladaq ki, 28 yaşlı “Ataman” ləqəbli Rafael Fiziyev indiyədək cəmi bir dəfə məğlub olub. O bunadək 9 görüşdə qalib gəlib.