Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında qızıl medal qazanıblar.
Oxu.Az xəbər verir ki, idmançılar balans hərəkətlərində birinci yeri tutublar.
Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü də temp hərəkətlərində qızıl medal əldə ediblər.
Yığma ümumilikdə yarışı yeddi qızıl və iki gümüş medalla başa vurublar.
17:00
Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında qızıl medal qazanıblar.
Oxu.Az xəbər verir ki, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) fəxri kürsünün birinci pilləsinə qalxıb.
Onlar balans hərəkətlərində bütün rəqiblərini üstələyiblər.