Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-nin İraqdakı hərbi bazasına raket hücumu olub
İraqın İslami Müqaviməti hərəkatına daxil olan şiə silahlı dəstələrinin döyüşçüləri səhər saatlarında Ənbar vilayətindəki ABŞ-nin “Eyn əl-Əsəd” hərbi bazasına hücum ediblər.
Məlumata görə, bazaya bir neçə raket atılıb. Hücumun nəticələri barədə məlumat verilməyib.
Qeyd edək ki, oktyabrın 19 və 20-də “Eyn əl-Əsəd” bazası pilotsuz uçuş aparatları ilə hücuma məruz qalmışdı.
Mənbə: TASS
"İraq" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər