Yunan-roma stili üzrə iki azərbaycanlı güləşçi mayın yekununa əsasən elan olunmuş dünya reytinqinə başçılıq edirlər.
Oxu.Az xəbər verir ki, Rəsul Çanayev (71 kq) və Rafiq Hüseynov (80 kq) bu çəki dərəcələrində ən güclü güləşçi mövqelərini saxlayıblar.
Sənan Təhmasibi (85 kq) 2-ci yeri tutur.
Ümumilikdə ilk onluğa Azərbaycanın altı nümayəndəsi daxildir.
F.H.