Hollivud ulduzu Merilin Monronun ölümündən 3 həftə əvvəl çəkdirdiyi şəkillər ortaya çıxıb.
Oxu.Az-ın adme.ru-ya istinadən məlumatına görə, Santa-Monika çimərliyindəki bu şəkillər 1962-ci ilin 13 iyulunda məşhur fotoqraf Corc Barris tərəfindən çəkilib.
Məhz bu fotosessiyadan 8 şəkil Londondakı “Bloomsbury” hərracında satışa çıxarılıb. Əslində bu fotolar Barrisin bioqrofik kitabında yer almalı imiş. Amma Monronun ölümündən sonra fotoqraf fikrindən daşınıb.
Xatırladaq ki, dünya şöhrətli aktrisa Merilin Monronun ölümündən 6 həftə əvvəl məşhur fotoqraf Bertram Sternin çəkdiyi fotoları da ortaya çıxmışdı.
Aytən Sadıqzadə
www.oxu.az