Türkiyənin Konya şəhərində gənclər arasında güləş üzrə beynəlxalq turnir keçirilib.
Oxu.Az Sport.1news.az-a istinadən bildirir ki, Azərbaycan Güləş Federasiyasının saytında verilən məlumata görə, idmançılarımız altı – üç qızıl və üç gümüş medala layiq görülüblər.
Qızıl medala Ramiz Həsənov (38 kq), Nəsib Osmanov (66 kq) və Əhliman Quliyev (73 kq), gümüş medala isə Əsgər Məmmədəliyev (38 kq), Hüseyn Hüseynzadə (59 kq) və Fərid Musayev (85 kq) layiq görülüblər. Turnirdə altı ölkənin güləşçiləri iştirak edib.