Moskvada Rusiyanın əməkdar məşqçisi Şevalye Nusuyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçirilir.
Oxu.Az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da iştirak edir.
Turnirin ilk günündə sərbəst güləşçimiz Mahmud Maqomedov 61 kq çəki dərəcisində mübarizəyə qoşulub və 3-cü yeri tutub.
Bu çəki dərəcəsində qızıl medalı rusiyalı İmam Hacıyev qazanıb.