Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışlarının ikinci gününün ilk azərbaycanlı medalçıları bəlli olub.
Oxu.Az AZƏRTAC-a istinadən bildirir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl, Hüseyn İsmayılov (65 kiloqram) gümüş, İbrahim Süleymanov (55 kiloqram), qadın güləşçilər Esra Məmmədli (57 kq), Xədicə Qurbanzadə (49 kiloqram) bürünc medalın sahibi olublar.
Azərbaycanlı güləşçi Rəvan Həsənzadə (48 kq) III MDB Oyunlarında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, idmançımız final görüşündə Belarus təmsilçisini məğlub edərək yarışın qalibi olub.
Qeyd edək ki, III MDB Oyunlarında güləş yarışları oktyabrın 7-də başa çatacaq.