Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının qalibi olub.
Oxu.Az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Moldova təmsilçisi Aleksandrin Qutunu məğlub edərək dünya çempionu adını qazanıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər yunan-Roma güləşçisi Eldəniz Əzizli də dünya çempionu olub.
Xatırladaq ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq.
Qaynar xətt:
(055) 224 12 12