2014-cü ilin iyun ayının 27-29-da Rumıniyanın Buxarest şəhərində keçirilən Europa çempionatında Azərbaycan yığması böyük nailiyyət qazanıb.
Azerbaijan Pankration Grappling & MMA Federasiyasından Oxu.Az-a verilən məlumata görə, qrappilinq idman növü üzrə Şahin Loymanov 1-ci yer, həmçinin pankration idman növü üzrə Kamran Qəmbərov, Vüqar Kərəmov və Teymur Mehdiyev də 1-ci yerə layiq görülüb. Vüqar Kərəmov MMA idman növü üzrə Darışov Ehtiram üzərində qələbə qazanıb.