Azərbaycanın gənc cüdoçuları İspaniyanın Malaqa şəhərində keçirilən Avropa Kubokunda altı mükafat qazanıblar.
Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, idmançılar yarışı iki qızıl, bir gümüş və üç bürünc medalla başa vurublar.
Yığma medal əyarına görə ümumi hesabda üçüncü, oğlanlar arasında isə ikinci yeri tutub.
Sonuncu gündə Süleyman Şükürov və Əli Hacızadə (hər ikisi 81 kq) finalda üz-üzə gəliblər. Nəticədə Şükürov qızıl, Hacızadə gümüş medala sahib çıxıb. Tuncay Şamil (90 kq) bürünc, Kənan Nəsibov (+100 kq) qızıl mükafat əldə edib.
Daha əvvəl Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) üçüncü yeri tutublar.
Rəylər