Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində keçirilən ağır atletika üzrə olimpiya lisenziyalı Dünya çempionatının üçüncü yarış günü komandamız hesabına ilk qızıl medalını yazdırıb.
Oxu.Az xəbər verir ki, qadınların mübarizəsində ölkəmizi 58 kq çəki dərəcəsində təmsil edən Boyanka Kostova qızıl medal qazanaraq, Dünya çempionu olmaqla yanaşı, yeni dünya rekorduna imza atıb.
O, ilk cəhddə 136 kq, son cəhdində isə 140 kiloqramı da başı üzərinə qaldırıb, birdənqaldırmada isə 112 kq ağırlığı ram edib. Atletimiz toplam nəticəsini (112+140) 252 kiloqrama yüksəldib.
Qeyd edək ki, Boyanka birdənqaldırmada 112 kq qaldırmaqla, həm də toplamda 252 kq yeni dünya rekorduna imza atıb.
Elvin Əhmədov
www.oxu.az