Beynəlxalq Güləş Federasiyası qadınlar arasında reytinq siyahısını açıqlayıb.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, 60 kq çəki üzrə yarışan Azərbaycan idmançısı Yuliya Ratkeviç reytinqdə birinci yeri tutur.
Digər çəki kateqoriyasında 48 kq-a qədər Azərbaycanın güləş üzrə yığmasının üzvü Mariya Stadnik yapon idmançısı Eri Tosakeni irəli buraxaraq özü ikinci sətirdə yer alıb.
Azərbaycanın daha iki idmançısı İrina Netreba 58 kq çəki üzrə 4-cü sətirdə, Patimat Baqomedova isə 53 kq çəki üzrə 9-cu sətirdə yerləşiblər.