20 ildir ki, Türkiyənin Kral Tv televiziyası tərəfindən həyata keçirilən ən nüfuzlu müsabiqəsi “Kral Türkiyə Musiqi Mükafatları”nın 2013-cü ildəki qalibləri bəlli olub.
Oxu.Az-ın turkiyemuzikodulleri.com-a istinadən xəbərinə görə, ən çox mükafat qazanan məşhurlar Gülşən və Mustafa Cecelidir. Belə ki, Gülşən 5, M.Ceceli isə 2 mükafat qazanıb.
Qaliblərin müəyyənləşməsi üçün 20 mart - 6 may tarixləri arasında keçirilən səsvermədə 3 milyon 900 min insan iştirak edib.
Qeyd edək ki, müğənni Röya Ayxanın “Gəmiçilər” sinqlı da müsabiqədə iştirak edib, lakin yer tuta bilməyib.
2013-cü ilin qaliblərinin siyahısını təqdim edirik:
“Ən yaxşı albom” – Gülşən “Beni durdursanmı”
“Ən yaxşı mahnı” – Gülşən “Yatcaz-kalkcaz”
“İlin ən yaxşı mahnı sözü yazanı” – Gülşən
“İlin ən yaxşı bəstəkarı” – Gülşən
“İlin ən yaxşı mahnısının aranjimançısı” – Ozan Çolakoğlu
“Ən yaxşı kişi sənətçi” – Mustafa Ceceli
“Ən yaxşı qadın sənətçi” – Gülşən
“Ən yaxşı qrup” – “Duman”
“Ən yaxşı klip” – “Öylə də gözəl” (Sertap Erener)
“Ən yaxşı layihə” – Ayselin
“Ən yaxşı remiks” – Birol Giray (Be Gee) – “Cavapsız sorular” (“Manqa”)
“Ən yaxşı debüt” – Oğuzhan Koç
“Ən yaxşı film musiqisi” – “Kələbəyin rüyası” Rəhman Altan
“Ən yaxşı serial musiqisi” – “Medcezir” Toyqar İşıklı
“Ən yaxşı sinql” – “Ya ya ya” Hande Yener
“Ən yaxşı duet” – “Kalbinə sürgün” Rafet El Roman və Ezo
“Ən yaxşı kover mahnı” – Tarkan “Firuzə”
“Ən yaxşı instrumental albom” – “Taksim trio 2”
“Radiolarda ən çox səsləndirilən mahnı” – Bengü “Yaralı”
“Mahnıları radiolarda ən çox səsləndirilən müğənni” – Mustafa Ceceli