Prodüser Toliki Şuşanın işğal gününə yaxın vaxtda Hadisə və Mustafa Cecelinin Gəncə konsertini təşkil etdiyinə görə qınayanlar oldu.
Oxu.Az xəbər verir ki, 17 mayda konsert vermək istəyən Natavan Həbibi Laçının işğal ərəfəsində belə addım atdığına görə qınaq obyektinə tutuldu və konsertin vaxtı dəyişdirildi.
Türkiyəli müğənnilərin ötən gün baş tutan konsertinə görə Həbibinin prodüseri Roland Bayramov isə İnstagram hesabında Toliki qınadı:
“Vətənpərvərlikdən danışan, 18 may deyəndə 17-si gecə başlayıb, tarixdən dəm vuranlar, nə oldu? Laçın Azərbaycandır, Şuşa yox? Ayın səkkizi girdi, amma konsert davam edirdi. Nə tez vətənpərvərliyinizi pula satdınız? İndi kimdir erməni? Ermənipərəst göz qabağındadır!”.
Tolik isə həmkarını cavabsız qoymadı:
“Mən öz uğurlarıma sevinirəm. Burada kimin nə yazması heç vecimə deyil. Yaltaqlar, mən bu konsertdə yalnız təşkilati işlərə baxırdım. Burada mənim səhifəmdə bir də kimsə itin-qurdun, erməninin adını yazsa, baxmayacağam ağına-qarasına. Siz onsuz da yazmaqdan başqa nə bilirsiniz ki?! Başqasının uğuruna sevinməmək paxıllıq nümunəsidir! Allahımdan çox razıyam, dostlar sevinir, düşmənlərim isə...”.