Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.
"Report"un Krakova ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı finalda yunanıstanlı Dionisios Ksenosdan üstün olub.
Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında əldə etdiyi ilk medaldır.
19:46
Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
"Report"un Krakova ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 67 kq-da yarışan idmançı finala gedən yolda polşalı Miloş Sabyetskini sınağa çəkib.
Rəqibinə 4:3 hesabı ilə qalib gələn Ağalarzadə adını həlledici qarşılaşmaya yazdırıb. Onun finaldakı rəqibi Dionisios Ksenos (Yunanıstan) - Stefan Komanesku (Rumıniya) cütünün qalibi olacaq.
Qeyd edək ki, Tural Ağalarzadənin görüşü Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da izləyiblər.